Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105119
az

Ekspertdən həyəcan təbili: 7,2 bal gücündə zəlzələ ehtimalı

13:4030 Mart, 2024
113
DÜNYA
  • A

Türkiyənin Elazığ vilayətində yerli vaxtla gecə saat 03.30-da 4,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bingöl, Tunceli, Malatya, Diyarbəkir və Batman vilayətlərində hiss olunub.

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.

Bildirilib ki, zəlzələdən sonra heç bir neqativ hal qeydə alınmayıb.
 

Türkiyəli tanınmış geoloq, professor Okan Tüysüz Elazığda baş verən zəlzələ ilə bağlı açıqlamalar verib. O, təkanları afterşok hesab etdiyini deyib. Ancaq regionda 7,2 bal gücündə zəlzələ ilə bağlı da xəbərdarlıq edib:

"Elazığ 24 yanvar 2020-ci ildə baş vermiş 6,8 bal gücündə zəlzələnin təsir zonasına daxil olan yerdir. Bunu afterşok hesab etmək olar. Həmin vaxt enerji boşaldığı üçün böyük zəlzələ gözləmirik.

Ancaq regionda ən mühüm və təhlükəlisi hesab etdiyimiz Bingöl Yedisu qırılma xətti mövcuddur. Onun 7,2 bal gücündə zəlzələ yaratma ehtimalı var. Yedisu çatı Elazığın bir az şərqindən Karlıovaya doğru uzanan qırılma seqmentidir. Region riskli ərazidir və diqqətdə saxlanılmalıdır", - deyə professor vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
NATO bu ölkədə təlim keçirəcək
Gürcüstanın müxalif siyasətçisisi SAXLANILDI - FOTO