Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104652
az

ABŞ-da Putinin seçkilərdəki qələbəsini şərh ediblər

21:0420 Mart, 2024
99
DÜNYA
  • A

Son prezident seçkilərində Rusiya vətəndaşları güclü liderin ölkəni idarə etməsini istədikləri üçün Vladimir Putini seçdilər.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə amerikalı iqtisadçı Ceffri Saks jurnalist Morqan Pirsin YouTube kanalına müsahibəsində bildirib.

 

“Bu, rus ənənələrindədir. Düşünürəm ki, o, kifayət qədər populyardır. Bu, Rusiya mədəniyyətinin bir hissəsidir: o, güclü liderdir və rus xalqı güclü lider istəyir”, - Saks  bildirib.

 

 

İqtisadçı Rusiya liderinin düzlüyünü də qeyd edərək, onun “çox ağıllı və çox sərin” olduğunu əlavə edib.

 

Bundan əvvəl Almaniya üçün Alternativ fraksiyasından olan Bundestaq deputatı Şteffen Kotre Putinin seçkilərdəki uğurunu onunla izah etmişdi ki, Qərbin Rusiyaya təzyiqləri cəmiyyətin xarici təhlükəni dəf etməyə qadir lider ətrafında toplaşmasına səbəb olub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı