Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104578
az

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

13:4719 Mart, 2024
410
DÜNYA
  • A

Ulupınar mahalının Qaradərə bölgəsində dağda yaşayan Mehmet Çabuk adlı şəxs qeyri-adi həyatı ilə diqqət çəkir. Çabuk dərədə öz imkanları hesabına taxtadan tikdiyi, üzərini neylon örtüklə örtdüyü sığınacaqda yaşayır. O, 100-ə yaxın keçisinin yanından heç ayrılmır.

 2007-ci ildə bir gecədə 150-yə yaxın keçisi oğurlandıqdan sonra insanlardan üz çevirən Çabuk 17 ildir həftədə iki dəfə yemək alış-verişi istisna olmaqla, yaşadığı yeri heç tərk etmir. Onun yemək alış-verişi üçün piyada getdiyi yer dərədən  45 dəqiqəlik məsafədədir.

Gecələr keçiləri ilə yatan, səhər tezdən oyanan, ocaq yandırıb gül yığan, dərədə uzun-uzadı gəzən Çabuk onu ziyarətə gələn qohumlarına vəziyyətinin yaxşı olduğunu deyir.  

Vadidəki dərədə çimən, xarici dil bilmədiyi üçün zaman-zaman bölgəyə gələn turistlətlə işarət dili ilə ünsiyyət quran Çabukun sağlamlığı da diqqət çəkir. Belə ki, o, dərman istifadə etmir və gün ərzində cəmi 2 dəfə yemək yeyir. Çabuk, keçilərinin oğurlandığı vaxt stress keçirdiyi üçün təzyiq müalicəsi aldığını deyib. İndi təzyiqinin kifayət qədər nizamlandığını bildirib.

Çabuk, heç vaxt darıxmadığını deyib: "Səhərlər əllərimi cibimə qoyub buralarda gəzirəm. Darıxmıram, öyrəşmişəm. Keçilərim olmasaydı, burada 1 saat da qala bilməzdim. Allah nə versə, yeyirəm. Səhər yeməyində çay dəmləyib zeytun və çörəklə yedim”.

Heç vaxt evli olmayan Çabuk bundan sonra da yanında heç kimi istəmədiyini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evə girən ayı görün harada yatdı
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir