Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104467
az

SON DƏQİQƏ! Ukrayna Rusiya ərazisinə hücum etdi

14:5516 Mart, 2024
147
DÜNYA
  • A

Ukraynanın təxribat-kəşfiyyat qrupları  Belqorod vilayətində Rusiya ərazisinə girməyə cəhd edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya  Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, diversantlar Spodaryuşino və Kozinka yaşayış məntəqələri ərazilərində Rusiya ərazisinə soxulmağa cəhd ediblər.

 

DRQ Ukraynanın Sumı vilayəti ərazisindən daxil olub.

Hərbi idarədən bildirilib ki, düşmənin bütün hücumları dəf edilib. Rus aviasiyası və artilleriyası onlara cavab  verib. Təxribatçılar 30-a qədər şəxsi heyəti, həmçinin üç tankı, iki digər zirehli maşını və iki MLRS maşını itirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin seçkilər zamanı Rusiyanın şəhər və kəndlərinə edilən hücumları şərh edib. Onun sözlərinə görə, bu hücumların məqsədləri diqqəti xüsusi əməliyyat zonasında Ukrayna qoşunlarının real vəziyyətindən yayındırmaqdır.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib