Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104204
az

Scholz Papanı dəstəkləmədi

18:1311 Mart, 2024
64
DÜNYA
  • A

Almaniya kansleri Olaf Şolz Ukrayna ilə bağlı danışıqlara çağıran və “ağ bayraq” ifadəsini işlədən Papanın fikri ilə razılaşmır.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebestreyt brifinqdə bildirib.

 

"Təsəvvür etdiyiniz kimi, bu məsələdə kansler Roma Papası ilə eyni fikirdə deyil. Biz onu da qeyd etdik ki, Vatikanın sözçüsü dünən  pontifikin sözlərinə aydınlıq gətirməyə çalışıb", - Hebestreit bildirib.

 

Onun sözlərinə görə, Ukrayna “beynəlxalq dəstəkdən istifadə edir”.

 

Roma Papası martın 9-da RSI televiziya və radio şirkətinə müsahibəsində beynəlxalq vasitəçilərin iştirakı ilə Ukrayna üzrə danışıqlar prosesinin başlanmasını istəyib.

 

Eyni zamanda o, bir çox media tərəfindən Kiyevin təslim olması çağırışı kimi şərh edilən “ağ bayraq” ifadəsini işlətdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hizbullahdan İsrailə zərbə: ölən və yaralananlar var
Özbəkistan Olimpiadaya vəsiqə qazandı
Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək - Baydenin xüsusi köməkçisi