Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104114
az

Polşa və Ukrayna sərhədində bir neçə min yük maşını yığılıb

15:5809 Mart, 2024
139
DÜNYA
  • A

Polşalı fermerlərin etirazına görə Polşa-Ukrayna sərhədində 2,3 min yük maşını növbəsi yaranıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

 

"Martın 9-u şənbə günü səhər Polşa ilə sərhəddə bütün istiqamətlərdə növbələrdə 2300 yük maşını var ki, polşalı fermerlər onların gediş-gəlişini çətinləşdirir və ya qeyri-mümkün edir", - Demçenko bildirib.

 

Eyni zamanda o qeyd edib ki, Krakovets keçid məntəqəsi istiqamətində blokada martın 13-dək başa çatdırılmalıdır.

 

Sərhəd xidmətinin nümayəndəsinin sözlərinə görə, ən çox nəqliyyatın cəmləşməsi Yaqodin və Şeqini keçid məntəqələrində müşahidə olunur, etirazçılar Polşaya doğru hərəkət edən yük maşınlarını ümumiyyətlə buraxmırlar.

 

Polşalı fermerlərin etirazları fevralın əvvəlindən davam edir. Fermerlərin əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaqdır.

 

Martın 5-də Ukraynanın Polşadakı səfiri Vasili Zvariç polşalı fermerlərə blokadanın dayandırılması xahişi ilə müraciət edib.

 

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski demişdi ki, Polşa ilə sərhəddə vəziyyət “iqtisadiyyat və mənəviyyat”dan kənara çıxıb.

 

Bundan əvvəl Polşa prezidenti etiraz edən fermerlərə dəstək verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO
ABŞ-da yeni
Paşinyan: Mümkün qədər tez...

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ