Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103824
az

İran hərbi-dəniz bazasının tikintisi ilə bağlı Sudan hakimiyyətinə müraciət etməyib

10:5404 Mart, 2024
76
DÜNYA
  • A

İran heç vaxt hərbi-dəniz bazasının tikintisi ilə bağlı Sudan hakimiyyətinə müraciət etməyib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli Sadiq Əli bildirib.

 

Bundan əvvəl İranın Sudanda hərbi baza tikmək üçün icazə almadığı bildirilirdi.

 

Kəşfiyyat zabiti bildirib ki, Tehran kəşfiyyat məlumatları toplamaq və gəmilərini yerləşdirmək üçün Sudanın Qırmızı dəniz sahilindəki hərbi dəniz bazasından istifadə etməyi planlaşdırıb.

 

Razılaşma müqabilində İran Sudan ordusuna helikopter daşıyıcısı, pilotsuz təyyarələr və helikopter verəcəyini vəd edib.

 

Qeyd olunur ki, hərbi-dəniz bazası İrana Qırmızı dəniz üzərində nəzarəti gücləndirməyə imkan verəcək. Məhəmməd ABŞ və İsraillə münasibətlərdə problem yaşanmaması üçün təklifin rədd edildiyinə aydınlıq gətirib.

 

Həmçinin İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, Tehran Yəməndəki husi qüvvələrini silahla təmin etmir və Yaxın Şərqdə ABŞ və İsrail hərbi bazalarına hücumlarda iştirak edə biləcək silahlı qruplara nəzarət etmir.

 

Bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar hazırlamaqda ittiham edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ