Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103801
az

İsrail HƏMAS-la danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edib

20:2503 Mart, 2024
84
DÜNYA
  • A

İsrail HƏMAS ilə barışıq danışıqları aparmalı olduğu Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “The Times of Israel” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

 

Nəşr vurğulayır ki, İsrail radikal Fələstin hərəkatından girovların dəyişdirilməsinin necə aparılacağına aydınlıq gətirməklə onların tam siyahısını təqdim etməyi tələb edib.

 

Lakin HƏMAS İsrail rəhbərliyinin bu tələbini yerinə yetirməkdən imtina edib.

 

"Beləliklə, İsrail bu gün Qahirəyə öz nümayəndə heyətini göndərməyəcək", - mesajda qeyd olunub.

 

HƏMAS daha əvvəl yaxın günlərdə İsraillə barışıq əldə etmək imkanını açıqlamışdı. Məhz bu məqsədlə Fələstin hərəkatının nümayəndə heyəti, eləcə də ABŞ və Qətər nümayəndələri Qahirəyə gəliblər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hizbullahdan İsrailə zərbə: ölən və yaralananlar var
Özbəkistan Olimpiadaya vəsiqə qazandı
Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək - Baydenin xüsusi köməkçisi