Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103605
az

Bu ölkələr Google şirkətini məhkəməyə verdi

22:4028 Fevral, 2024
82
DÜNYA
  • A

Avropa mərkəzli hüquq firmaları Geradin Partners və Stek tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının Google-a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.

 

Oxu24.com xəbər  verir  ki, açıqlamada, işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsinə aparıldığı, Google-un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi bildirilir.

Açıqlamada Fransanın rəqabət qurumunun Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi qeyd  edilir.

“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, - deyə bəyanatda bildirilir.

Alman media şirkəti Axel Springer və Norveçdə yerləşən Schibsted media qrupu, o cümlədən Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, İsveç, İspaniya, Portuqaliya, Çexiya, İsveçrə, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan, Hollandiya və Lüksemburq Google-u məhkəməyə verən şirkətlər arasında olub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: