Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10326
az

Hindistan Pakistanı bombaladı -Regionda gərginlik

10:5526 Fevral, 2019
690
  • A
 
Hindistan hərbi hava qüvvələrinə məxsus 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi mübahisəli Kəşmir bölgəsində Pakistanın nəzarəti altında olan ərazilərə 1 ton ağırlığında bir neçə raket zərbəsi endirib.

Azvision.az “The Guardin”a istinadən xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb. Faktiki olaraq iki ölkəni ayıran sərhəd xəttini keçən qırıcıların hədəfinin Kəşmirdəki ”Caiş-e-Muhəmməd” terror qruplaşmasının düşərgəsi olduğu bildirilir.

Hava zərbələri barədə ilk rəsmi məlumatı Hindistanın insan resurslarının inkişafı naziri Prakaş Cavadekar yayıb: “Hərbçilərimiz bu zəruri addımı ölkəmizin təhlükəsizliyi naminə atıblar. Bu, olduqca şücaətli hərəkətdir. Bundan əvvəl baş nazir Narendra Modi silahlı qüvvələrimizə fəaliyyət azadlığı vermişdi. Bu gün bütün ölkəmiz ordumuzladır.”

Hindistanın kənd-təsərrüfatı naziri Qacendra Sinqh Şekhavat da faktı təsdiqləyib. Bildirib ki, Hindistan hərbi hava qüvvələrinin hücumu nəticəsində terrorçuların düşərgəsi tamamilə məhv edilib. Lakin Hindistan Müdafiə Nazirliyi hələlik heç bir rəsmi açıqlama verməyib.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-mayor Asif Qafur isə bəyan edib ki, Hindistan sərhədi pozaraq ölkə ərazisində qanunsuz əməliyyat keçirib: “Hindistan hərbi hava qüvvələri nəzarət xəttini pozub. Pakistan hava qüvvələrinin dərhal müdaxiləsi nəticəsində Hindistan təyyarələri geri dönüblər.”

Qeyd edək ki, iki nüvə ölkə arasındakı münasibətlər 14 fevralda mübahisəli Kəşmirin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən bombalı hücum nəticəsində 40-dan çox hindistanlı hərbçinin ölümündən sonra daha da gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir. Bununla əlaqədar İslamabad və Nyu-Delhidəki səfirlər məsləhətləşmələr üçün qarşılıqlı şəkildə geri çağırılıb.

Mayda seçkilərə gedən Hindistanın baş naziri Narendra Modi isə Pakistana ciddi təzyiq etmədiyi üçün əhalinin qınağı ilə üzləşdiyindən, qonşu dövlətə “sərt cavab” verilməsi məqsədilə ölkənin təhlükəsizlik qüvvələrinə bu məsələdə sərbəst davranmaq imtiyazı verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO