Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102910
az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirməyə hazırlaşır

23:3816 Fevral, 2024
165
DÜNYA
  • A

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina faiz endirimlərinin ilin ikinci yarısında başlayacağına işarə edib. "Biz hesab edirik ki, faiz dərəcəsinin endirilməsi yumşaq, ardıcıl addımlarla həyata keçiriləcək", - Nabiullina bildirib.

Nabiullina Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 16 faiz sabit saxlamaq qərarından sonra jurnalistlərə açıqlama verib.

Faiz endiriminin mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayan Nabiullina, "İnflyasiyanın sürətli bir yavaşlamadan yox, mərhələli şəkildə soyumasından bəhs etdiyimiz üçün faiz endiriminin daha yumşaq, ardıcıl addımlarla ediləcəyini düşünürük",-deyə o bildirib.

Sözügedən addımların ölçüsünün inflyasiyaya bağlı olduğuna diqqət çəkən Nabiullina, “Faiz nisbətində ilk azalmanın başlaya biləcəyi zaman həmkarlarımızla məsləhətləşdik. Rəylər kifayət qədər müxtəlifdir, lakin əksəriyyət bunun bu ilin ikinci yarısında baş verəcəyini düşünür”. 

Nabiullina qeyd edib ki, Rusiya iqtisadiyyatında tənəzzül təhlükəsi yoxdur.

Rusiyada ixrac edən şirkətlərin xarici valyuta satmaq öhdəliyinə münasibət bildirən Nabiullina, “Rusiya Mərkəzi Bankı valyuta gəlirlərinin məcburi satışı ilə bağlı qərarın uzadılması üçün tutarlı səbəblər görmür. “Bizim fikrimizcə, məzənnənin sabitləşməsi üçün həyata keçirilən bu tədbirin əhəmiyyəti digər tədbirlərlə müqayisədə xeyli azdır”. 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: