Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102812
az

Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçan aparat Enerqodara daxil olub

20:3314 Fevral, 2024
110
DÜNYA
  • A

Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi Enerqodar şəhəri Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə “Biz Rusiya ilə birlikdəyik” Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov Telegram kanalında yazıb.

 

“AFU yaraqlıları dinc energetiklər şəhərciyini üç kamikadze dronla vurdular. Hücum nəticəsində şəhər administrasiyasının binasına ziyan dəyib. Allaha şükürlər olsun ki,  itki yoxdur”, - Roqov yazıb.

 

Roqovun məlumatını Enerqodar meri Eduard Senovoz da təsdiqləyib.

 

“Hazırda şəhərin mərkəzində üç PUA hücumu həyata keçirilib. Zərərçəkənlər və dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir. Şəhər sakinlərindən ayıq və diqqətli olmalarını xahiş edirik!” – mer öz Telegram kanalında yazıb.

Enerqodar şəhəri Zaporojye vilayətində Dnepr çayının sol sahilində yerləşir. Onun ərazisində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası tikilmişdir. O, mütəmadi olaraq atəşə tutulur, lakin hələ də heç bir təhlükəli radiasiya hadisəsi qeydə alınmayıb.

Fevralın 7-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye vilayətində təmas xəttində olub.

Daha əvvəl MAQATE rəhbərinin Moskvaya səfərinin nə vaxt baş tuta biləcəyi məlum olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gəncədə məktəbli bıçaqlanıb