Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102624
az

Rusiyanın bu vilayəti işıqsız qaldı

21:4410 Fevral, 2024
115
DÜNYA
  • A

Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev özünün Teleqram kanalında bildirib ki, elektrik xətlərində yaş qarın yığılması səbəbindən regionda kütləvi elektrik kəsilməsi qeydə alınıb.

O bildirib ki, atmosfer cəbhəsi Rostov vilayətinin bir sıra rayonlarına pis hava şəraiti gətirib.

“Elektrik xətlərində yaş qarın yığılması səbəbindən Şaxtı, Krasnosulinski, Ust-Donetsk, Volqododonski, Konstantinovski, Tsimlyanski və bir sıra digər ərazilərdə elektrik enerjisinin verilişində kütləvi fasilələr yaranıb”, - nəşr yazır.

Qolubev qeyd edib ki, energetika sahəsində onlar xüsusi iş rejiminə keçiblər.

Fevralın 7-də Belqorodun Xarkov dağı ərazisində elektrik enerjisinin qismən kəsilməsi baş verib.

Fevralın 6-da qasırğa nəticəsində Həştərxan vilayətinin sakinləri işıqsız qalıb.

Bundan əvvəl meteoroloq Şuvalov Rusiyada təbii fəlakətlərin tezliyinin artacağını proqnozlaşdırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib