Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102604
az

Fransada atom elektrik stansiyasında yanğın olub

18:5610 Fevral, 2024
138
DÜNYA
  • A

Fransanın qərbində yerləşən Çinon atom elektrik stansiyasında yanğın baş verib, nəticədə iki atom elektrik stansiyasının reaktoru dayanıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) saytında məlumat verilib.

 

Yanğın fevralın 10-na keçən gecə 3 saylı reaktorun transformatorunda “nəzarət olunan ərazidən kənarda” baş verib.

“Bu yanğın nəticəsində 3 nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayandırılmasına səbəb olub”, - məlumatda deyilir.

ASN-in məlumatına görə, yanğın söndürüldükdən sonra üçüncü reaktorla ümumi drenaj sistemini paylaşan qonşu dördüncü reaktorun işlənmiş suyu toplamaq üçün fəaliyyəti müvəqqəti dayandırılıb. Bu onun daşmasının və suyun ətraf mühitə sızmasının qarşısını almaq üçün edilib.

Noyabr ayında Finlandiyanın Olkiluoto-3 atom elektrik stansiyası nasazlıq səbəbindən fəaliyyətini dayandırmışdı.

Bundan əvvəl Belçikada atom elektrik stansiyasının reaktorunun plansız dayandırılması baş verib.

 Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus qoşunları daha bir kəndi nəzarətə götürdü
Delimitasiya ilə bağlı etiraza erməni deputatlar da qoşuldu - VİDEO
Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər