Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101977
az

İtaliya Aİ-nin Ukraynaya 50 milyard avro yardımının razılaşdırılmasında əsas rol oynayıb

17:2201 Fevral, 2024
91
DÜNYA
  • A

İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramının təsdiqində kompromis əldə edilməsində əsas rol oynayıb.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə “il Giornale” qəzeti mənbələrə istinadən yazır.

 

Qəzetin yazdığına görə, Meloni "vasitəçilikdə iştirak edən ilk şəxsdir" və bu, bütün Aİ üzvləri tərəfindən bəyənilən bir qərara nail olmağa kömək edib.

 

Nəşr Avropa İttifaqındakı mənbələrə istinadən yazır: “Georgia Meloni diplomatik işinə bir neçə ay əvvəl nazirlər və Şerpaların da daxil olduğu danışıqlar və görüşlərlə başlayıb və dekabrda Avropa Şurasından başlayaraq bunu intensivləşdirib”.

Materialdan belə çıxır ki, İtaliyanın baş naziri macar həmkarı Viktor Orbanla danışıqların bir neçə raundu keçirib, o, Aİ büdcəsindən Kiyevə vəsaitin ayrılmasına mane olub.

Bundan əvvəl Bloomberg yazıb ki, Giorgia Meloni macar həmkarı Viktor Orbanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə, həmçinin Vladimir Zelenski ilə münasibətləri yaxşılaşdırmağa inandırmağa çalışır.

Meloni, sağçı qüvvələrin uğur qazanacağı gözlənilən qarşıdan gələn Avropa Parlamenti seçkilərindən əvvəl Orbanın Fidesz partiyasının Avropa Mühafizəkarlar və İslahatçılara (ECR) qoşulmasını təklif edib. Bunun üçün Macarıstanın baş naziri Aİ-də Ukraynaya yanaşmanı dəyişməlidir, materialda qeyd olunur.

Bundan əvvəl İtaliyanın baş naziri Rusiya və Ukrayna arasında danışıqlara gedən yolu göstərmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze