Qaynar xətt:

(+99450) 247 90 86

İranda silahlı insident – 2 polis öldü

İranda silahlı insident – 2 polis öldü

DÜNYA

324

31.01.2024, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı açdığı atəş nəticəsində 2 polis ölüb, 4 polis isə yaralanıb.

Bu barədə İranın rəsmi “İRNA” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Fars əyalətinin Neyriz rayonunda polislər şübhəli avtomobili saxlamaq istəyərkən baş verib. Belə ki, avtomobilin içərisində olan silahlı şəxslər polisə atəş açıb. Nəticədə, 2 polis ölüb, 4 polis isə yaralanıb.

Narkotik qaçaqmalçıları olduqları bildirilən silahlı şəxslər hadisə yerindən qaçmağı bacarıb.