Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb
23 Sentyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
353
30.01.2024, 16:55
Pakistanın keçmiş Baş naziri İmran Xan və sabiq XİN rəhbəri Şah Mahmud Qureşi ayrılıqda 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
“OXU24.COM ” xəbər verir ki, onlar dövlət sirrinin yayılması işi üzrə mühakimə olunublar.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Qureşi isə İmran Xan hökumətində xarici işlər naziri vəzifəsini icra edib. İ.Xan 2023-cü ilin avqustunda çirkli pulların yuyulması ittihamı ilə 3 il azadlıqdan məhrum edilib və təqribən 1,2 min dollar cərimələnib.
Qeyd edək ki, ilk olaraq sözügedən işlə bağlı ötən ilin oktyabrında qapalı məhkəmə iclası zamanı Xan və Qureşiyə ittihamlar irəli sürülüb. Məhkəmə iclası “Adiala” həbsxanasında keçirilib. Həmin ilin noyabrında Pakistanın Ali Məhkəməsi keçmiş Baş nazir və XİN rəhbəri ilə bağlı məhkəmənin həbsxana ərazisində keçirilməsini qanunsuz adlandırıb və prosesin ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq keçirilməsini tələb edib. Buna baxmayaraq, ölkə rəhbərliyi dinləmələri təhlükəsizlik baxımından məhkəmə zalında keçirməkdən imtina edib.
Burada dövlət sirrinin yayılması işi dedikdə söhbət məxfi teleqramdan gedir. Həmin teleqramın məzmununda deyilirdi ki, ABŞ rəhbərliyi Pakistanın Baş nazirinin Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatla bağlı neytral mövqeyindən narazıdır. Bununla yanaşı, belə iddia edilir ki, ABŞ Pakistandan İmran Xanı Baş nazir vəzifəsindən uzaqlaşdırmasını tələb edir, əvəzində isə ölkə ilə daha yaxın münasibətlər qurmağı vəd edib. Teleqram isə ötən ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfiri vasitəsilə İslamabada göndərilib.
İttiham aktında iddia edilib ki, İ.Xan və onun köməkçiləri teleqramın məzmununu səlahiyyətli olmayan şəxslərə açıqlayıblar və “özlərinin məxfi məqsədləri və şəxsi mənfəətləri üçün faktları təhrif ediblər”. Həmçinin qeyd olunub ki, keçmiş Baş nazir sənədin surətini qanunsuz olaraq saxlayıb. Hər iki siyasətçi məsələ ilə bağlı özünü təqsirli hesab etmir.
12:29 / 23 Sentyabr 2026
1
12:23 / 23 Sentyabr 2026
34
12:20 / 23 Sentyabr 2026
20
12:17 / 23 Sentyabr 2026
63
12:10 / 23 Sentyabr 2026
30
11:59 / 23 Sentyabr 2026
43
11:57 / 23 Sentyabr 2026
40
11:51 / 23 Sentyabr 2026
38
11:43 / 23 Sentyabr 2026
43
11:42 / 23 Sentyabr 2026
38
11:40 / 23 Sentyabr 2026
34
11:35 / 23 Sentyabr 2026
56
11:35 / 23 Sentyabr 2026
59
11:26 / 23 Sentyabr 2026
1195
11:22 / 23 Sentyabr 2026
59
11:18 / 23 Sentyabr 2026
50
11:11 / 23 Sentyabr 2026
62
11:06 / 23 Sentyabr 2026
66
11:00 / 23 Sentyabr 2026
62
10:56 / 23 Sentyabr 2026
57
10:51 / 23 Sentyabr 2026
61
10:46 / 23 Sentyabr 2026
55
10:37 / 23 Sentyabr 2026
897
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.