Qaynar xətt:

(+99450) 247 90 86

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində yanacaq tankeri ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində yanacaq tankeri ələ keçirib

DÜNYA

349

28.01.2024, 21:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran donanması (Dəniz Qüvvələri) Fars körfəzində 2 milyon litr qaçaqmalçılıq yolu ilə dizel yanacağı olan tankeri ələ keçirib.

 

Oxu24.com Tasnim agentliyinə istinadən  xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusu generalı Heydər Henariyan Meqrad bildirib.

 

Materialda qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəminin Okeaniyadakı ölkələrdən birinin bayrağı altında üzdüyü və yanacaq doldurma mərhələsində İran hərbçilərinin nəzarətinə keçdiyi bildirilir.

 

Tanker İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat zonasına daxil olan kimi ələ keçirilib.

 

Qeyd olunur ki, əməliyyat məhkəmənin icazəsi ilə baş tutub.

Agentliyin məlumatına görə, gəminin göyərtəsində 14 ekipaj üzvü olub. Onların hamısı tutularaq ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Jurnalistlər qeyd ediblər ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin vəzifələrindən biri Fars körfəzində yanacaq qaçaqmalçılığı ilə mübarizədir.

Bir gün əvvəl Yəmən sahillərində "Marlin Luanda" adlı tanker hücuma məruz qalıb. Yəmənin Ənsar Allah (Husi) radikal hərəkatının nümayəndələri hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar hazırlamaqda ittiham edib.

 

Müəllif:Afət