Qaynar xətt:

(+99450) 247 90 86

Medvedev Australian Open finalında məğlubiyyətinin səbəbini açıqlayıb

Medvedev Australian Open finalında məğlubiyyətinin səbəbini açıqlayıb

DÜNYA

300

28.01.2024, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı tennisçi Daniil Medvedev mətbuat konfransında gücü çatmadığı üçün Avstraliya Açıq çempionatının (2024) finalında qalib gələ bilmədiyini deyib.

 

Oxu24.com xəbər  verir  ki, onun sözlərinə görə, oyundan əvvəl Almaniya təmsilçisi Aleksandr Zverevlə beş setlik yarımfinalda yorğun olub.

 

“Fiziki cəhətdən bir az yorğun idim, amma əvvəlki hər matçda olduğu kimi, rəqiblərim bundan yararlana bilmədi, amma Yannik bacardı. Çünki beşinci setdə qaçdım, döyüşdüm, cəhd etdim, amma bədən üçün beş set ağırdır, bu, dəlilikdir”, - Medvedev bildirib.

 

"Australian Open 2024"ün finalında Daniil Medvedev italiyalı Jannik Sinnerə uduzub. 3 saat 44 dəqiqə davam edən qarşılaşma beş setdə 3:6, 3:6, 6:4, 6:4, 6:3 hesabı ilə başa çatıb. Medvedev ilk iki setdə qalib gəlsə də, sonra üç oyunda məğlub olub.

 

 

Nigar