Qaynar xətt:

(+99450) 247 90 86

Slovakiya Ukraynada sülh danışıqlarına çağırır

Slovakiya Ukraynada sülh danışıqlarına çağırır

DÜNYA

232

28.01.2024, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, Ukraynadakı münaqişənin hərbi yolla həlli yoxdur, sülh danışıqlarının vaxtı çatıb.

 

Oxu24.com  xəbər  verir  ki, O, bunu Slovakiya televiziyasında çıxışı zamanı deyib.

 

“Ukraynadakı hərbi münaqişənin hərbi yolla həlli yoxdur. Sülh danışıqlarına başlamağın vaxtı çatıb”, - deyə nazir bildirib.

O əlavə edib ki, Avropa İttifaqı və ABŞ liderləri sülh danışıqlarının təşkili üçün səy göstərməlidirlər. Nazirin sözlərinə görə, hərbi münaqişə dondurulmuş mərhələyə keçib, ona görə də ona mümkün qədər tez son qoymaq lazımdır.

Bundan əlavə, Kalinyak qeyd edib ki, münaqişənin nəticəsindən asılı olmayaraq, Ukrayna həmişə Rusiya ilə sərhədə malik olacaq.

Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, onun ölkəsi Rusiya Federasiyası da daxil olmaqla hər bir dövlətlə olduğu kimi Ukrayna ilə də normal münasibətlərə malik olmalıdır.

Bundan əvvəl Fiko bildirib ki, Slovakiya və NATO-nun Kiyevə hərbi yardımla bağlı fikirləri üst-üstə düşmür.

 

Müəllif:Afət