Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Rusiya kəndlərinə hücum etdi

Ukrayna Rusiya kəndlərinə hücum etdi

DÜNYA

292

27.01.2024, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belqorod vilayətinin Novaya Tavoljanka kəndi gün ərzində ikinci dəfə Ukraynadan hücuma məruz qalıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.

 

Qubernatorun sözlərinə görə, kəndə dörd kamikadze pilotsuz təyyarə hücum edib.

İlk partlayışda fərdi yaşayış evinə ziyan dəyib, pəncərələri sındırılıb, fasadı və hasarları kəsilib. İkinci partlayış nəticəsində minik avtomobili zədələnib.

Üçüncü mərmi minik avtomobilinin üzərinə düşsə də, partlamayıb. Dördüncüsü də drondan avtomobilin üzərinə atıldı və onun alovlanmasına səbəb oldu.

Ölən və yaralananlar olmayıb. Tezliklə operativ xidmətlər və istehkamçılar qrupu nəticələrin aradan qaldırılmasına başlayacaq.

Bundan əvvəl, yanvarın 27-də Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Novaya Tavoljanka kəndini atəşə tutduğu bildirilirdi. Üç evə ziyan dəysə də, xəsarət alan olmayıb.

Yanvarın 26-da hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub.

Bundan əvvəl Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat təqaüdçünü keçi ilə birlikdə partladıb.

Nigar