Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101302
az

Estoniya, Latviya və Litva Rusiya  ilə sərhəddə “müdafiə xətləri” yaradacaq

19:5619 Yanvar, 2024
97
  • A

Estoniya, Latviya və Litva Rusiya Federasiyası ilə sərhəddə “müdafiə xətti” yaratmağa razılaşdılar.

 

Oxu24.com  xəbər  verir  ki,müvafiq bəyanat Estoniya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.

 

Cümə günü, yanvarın 19-da Riqada üç ölkənin hərbi idarələri rəhbərlərinin görüşü baş tutub. Danışıqlar nəticəsində tərəflər öz sərhədlərində müxtəlif istehkamlardan ibarət təhlükəsizlik zonasının yaradılması haqqında saziş imzalayıblar.

Qeyd olunur ki, bu təşəbbüsün həyata keçirilməsi zərurəti mövcud təhlükəsizlik vəziyyəti ilə bağlıdır. Estoniyanın müdafiə naziri Hanno Pevkur vurğuladı ki, Ukrayna münaqişəsi sursat və texnika ehtiyatı toplamaq və eyni zamanda respublikanın sərhədində “ilk metrlərdən” müdafiə strukturları yaratmaq zərurətini nümayiş etdirdi.

"Biz bunu eston xalqının özünü təhlükəsiz hiss etməsi üçün edirik, lakin ən kiçik risk yaranarsa, biz ən müasir inkişaflara hazır olacağıq", - hərbi idarənin rəisi əlavə edib.

Yanvarın 16-da Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem istefa vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, indi ordunu kənardan mümkün təhlükələrə daha yaxşı hazırlamaq üçün “lideri dəyişmək” vaxtıdır.

Bundan əvvəl Estoniya bəyan etmişdi ki, Avropa ölkələrinin Rusiya Federasiyasından gələn təhlükəyə hazırlaşmaq üçün beş il vaxtı var.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva hava hücumundan müdafiə sistemləri alacaq
Fransa rusiyalı könüllülərin Olimpiadaya akkreditasiya üçün müraciətini rədd edib
NATO Ukraynanın alyansa inamının sarsıldığını etiraf edib