Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101225
az

Britaniya qeyri-qanuni miqrantların Afrika ölkəsinə qovulması haqqında qanun qəbul edib

10:5618 Yanvar, 2024
109
DÜNYA
  • A

Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) deputatları Ruandaya qanunsuz miqrantların qovulmasına dair qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

 

Oxu24.com  xəbər  verir ki,bu barədə BBC məlumat yayıb.

 

Qanun layihəsinin lehinə 320, əleyhinə 276 deputat səs verib.İndi sənəd Lordlar Palatasına (parlamentin yuxarı palatası) gedəcək, orada təşəbbüsə düzəlişlər təklif oluna bilər.

 

Böyük Britaniyanın baş naziri Rishi Sunakın ofisi qəbul edilmiş sənədi “qeyri-qanuni miqrasiya ilə mübarizə üçün krallığın parlamentində indiyə qədər nəzərdən keçirilən ən sərt qanun” adlandırıb. Onlar ümid etdiklərini bildiriblər ki, bu qanun insanları Britaniya ilə Fransa arasında La-Manş boğazından təhlükəli keçidlərdən çəkindirəcək.

2022-ci ilin yazında Britaniya hökuməti Ruanda ilə qeyri-qanuni mühacirlərin göndərilməsi ilə bağlı müqavilə bağladı, Afrika ölkəsi 140 milyon funt sterlinq (178 milyon dollar) məbləğində təzminat aldı, lakin insanlar heç vaxt oraya göndərilməyib.

Krallıq hökumətinin məlumatına görə, 2022-ci ildə Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə rekord sayda 45,7 min miqrant gəlib. Bu, 2021-ci illə müqayisədə 60% artım deməkdir.

Əvvəllər məlum olub ki, Britaniyadakı ukraynalı qaçqınlar niyə evlərinə qayıtmağa məcburdurlar.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də NATO-nun sammiti keçiriləcək
Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun