Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101127
az

Yaponiyada zəlzələ oldu

21:0916 Yanvar, 2024
121
DÜNYA
  • A

Yaponiyanın Noto yarımadasında zəlzələ baş verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti Yaponiyanın Baş Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, yarımadada 4,8 bal gücündə zəlzələ baş verib.

 

Bildirilir ki, yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə beş bal olub. Lakin sunami təhlükəsi elan olunmayıb.

 

Bundan əvvəl, yanvarın 9-da Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələnin mənbəyi suyun 10 km dərinliyində olub və Noto yarımadasının yaxınlığında yerləşib.

 

Hadisə ilə əlaqədar bəzi ərazilərdə sürətli qatarların hərəkəti dayandırılıb.

 

Bundan əvvəl Yaponiyada Yeni il zəlzələsi dənizi qurudan dörddə bir kilometr uzaqlaşdırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ