Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100998
az

Maldiv adaları Hindistanın ordusunu geri çəkməsi üçün son tarixi müəyyənləşdirib

18:5214 Yanvar, 2024
123
DÜNYA
  • A

Oxu24.com  Hindistan TV -yə istinadən  xəbər verir ki, Maldiv hakimiyyəti Hindistanı qoşunlarını martın 15-dək geri çəkməyə çağırıb.

 

“Dhauru Maldives Media da daxil olmaqla, bir neçə Maldiv media orqanının məlumatına görə, rəsmilər Hindistan qoşunlarının ölkədə mövcudluğunu müzakirə edib və Nyu Dehlidən qoşunlarını martın 15-dək geri çəkməsini istəyiblər”, – jurnalistlər bildirib.

 

Qeyd olunur ki, bu məsələ Hindistan Ali Komissiyasının Maldiv adalarındakı nümayəndələrinin Xarici İşlər Nazirliyində Male şəhərində keçirilən görüşündə qaldırılıb.

 

Maldiv adalarında əsasən Hindistan təyyarələrinə və helikopterlərinə xidmət göstərən 70-ə yaxın hindistanlı hərbi qulluqçu var.

 

Prezidentlik yarışında qalib gəldikdən sonra Muizzu Hindistan hakimiyyətinə hərbi kontingenti ölkədən çıxarmaq üçün rəsmi müraciət təqdim edib.

 

O, BƏƏ-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransı çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə məsələni müzakirə edib, söhbətdən sonra Hindistan hakimiyyətinin hərbi qüvvələrin ərazidən çıxarılmasına razılıq verdiyini deyib. 

 

Dekabrın 4-də Hindistan hakimiyyəti Maldiv adaları prezidenti Məhəmməd Muizzunun ölkələrin Hindistan hərbçilərinin Maldiv adaları ərazisindən çıxarılması ilə bağlı razılığa gəldiyi barədə bəyanatını təkzib edib.

 

Bundan əvvəl Hindistan ordudakı qatırları qismən robotlarla əvəz etmək planlarını açıqlamışdı.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva hava hücumundan müdafiə sistemləri alacaq
Fransa rusiyalı könüllülərin Olimpiadaya akkreditasiya üçün müraciətini rədd edib
NATO Ukraynanın alyansa inamının sarsıldığını etiraf edib