Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100839
az

Efiopiyada 4 milyon insan ərzaq böhranı ilə üzləşib

19:2110 Yanvar, 2024
122
DÜNYA
  • A

Efiopiyada iqlim dəyişikliyinin yaratdığı fəlakətlər təxminən 4 milyon insanı ərzaq böhranı ilə üz-üzə qoyub.

 

Oxu24.com  xəbər  verir  ki, Əlaqələndirmə Ofisi və Efiopiya Fəlakət Riskinin İdarə Edilməsi Komissiyası Efiopiyadakı ərzaq böhranı ilə bağlı birgə bəyanat yayıb.

 

Açıqlamada, yağıntıların qeyri-kafi olmasının qida böhranına səbəb olduğu bildirilib və Efiopiyanın dünyanın ən ağır qida böhranı ilə üzləşdiyi vurğulanıb.

 

Bəyanatda ölkədə baş verən humanitar böhranın təcili həll edilməli olduğu bildirilib və 2022-ci ildə təkrarlanan quraqlıq hallarının Afar, Amhara, Tiqray, Oromiya, Cənub və Cənub-Qərb bölgələrini təsir altına almaqda davam etdiyi qeyd edilib.

Açıqlamada, iqlim dəyişikliyinin kənd təsərrüfatı fəaliyyətlərinə mənfi təsirinin qidaya çıxışı xeyli çətinləşdirdiyi bildirilib.

 

Qida yardımı 2023-cü ilin aprelində dayandırıldı

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) münaqişədən ən çox təsirlənən Efiopiyanın Tiqray bölgəsinə göndərilən yardımın əhəmiyyətli hissəsinin yönəldildiyi iddialarından sonra 2023-cü ilin aprelində ərzaq yardımını dayandırıb. 

 

USAID, milyonlarla insanın yardıma ehtiyacı olduğu Tiqraya BMT-nin göndərdiyi yardımın oğurlanaraq bazarlarda satıldığını bildirən hesabat dərc etmişdi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil