Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100695
az

Mahmud Abbasın müşaviri itkiləri açıqladı

22:1007 Yanvar, 2024
128
DÜNYA
  • A

Fələstin prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş bildirib ki, İsrailin Qəzza zolağında üç aydır davam edən döyüşləri fələstinlilərin kütləvi ölümü ilə nəticələnib.

 

Oxu24.com  xəbər  verir  ki,onun sözlərini RİA Novosti sitat gətirir.

 

"Fələstinlilər bu qədər itki verməyiblər, belə dağıntılar görməyiblər",-deyə o bildirib.

 

Onun sözlərinə görə, İsrail Fələstin xalqı ilə müharibəni nəhayət “qətl, məhv və əhalini terror etməklə” bitirmək istəyir.

 

Daha əvvəl bildirilmişdi ki, İsrail və HƏMAS arasında Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı rəsmi danışıqlar qrup rəhbərliyinin üzvü Saleh əl-Arurinin Livan paytaxtının kənarında ləğvindən sonra davam edir.

 

Oktyabrın 7-də minlərlə silahlı Həmas tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail daha sonra Qəzza zolağında quru əməliyyatına başlayıb.

 

Bundan əvvəl İsrailin HƏMAS-ın girov saxladığı hücrələrin aşkarlandığını elan etdiyi bildirilirdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə Qərbin Rusiyaya qarşı çəkisi rolunu açıqlayıb
Şolz: Almaniyaya ukraynalılar lazımdır
Almaniya Ukrayna üzərindən raketləri vurmağa başlaya bilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı