Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100673
az

Alimlər qəhvənin gözlənilməz faydalarını açıqlayıblar

17:1307 Yanvar, 2024
110
DÜNYA
  • A

Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.

OXU24.COM  xəbər verir ki, "Springer" içkinin gözlənilməz faydalarından yazıb.

Qeyd edilir ki, araşdırmanı Sukuba Universitetinin tədqiqatçıları aparıblar. Otuz gün ərzində siçanlara qəhvə, güldəfnə və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər "Morris" labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.

Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur, çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Moskvada zavod yanır - VİDEO
Netanyahunun kortejinə hücum cəhdi edildi