Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100559
az

Tkaçenko vəfat etdi

22:0005 Yanvar, 2024
157
DÜNYA
  • A

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə aparıcı Mıkola Kanişevski feysbukda yazıb.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Mart ayında Tkaçenkonun 85 yaşı tamam olacaqdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var