Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100190
az

Yaponiyada sunami təhlükəsi

12:5001 Yanvar, 2024
132
DÜNYA
  • A

Yaponiyada əsas Honsyu adasının şimal-qərb sahilində yerləşən İşikava prefekturasında zəlzələ baş verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  TV Asahi məlumat yayıb.

 

Zəlzələnin episentri Noto yarımadasında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

İlkin olaraq yeraltı təkanların maqnitudası 7,4, sonradan 6,1 bal gücündə qiymətləndirilir. Ölkənin bütün şimal-qərb sahillərində sunami təhlükəsi elan edilib.

 

Səlahiyyətlilər dalğanın hündürlüyünün 5 metrə çata biləcəyi barədə xəbərdarlıq edib.

 

Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, sunami artıq sahilə çatıb.

 

İşikava prefekturasının Vacima şəhərində hündürlüyü 1,2 m-dən çox, Toyama şəhərində (eyniadlı prefekturanın mərkəzi) 80 sm, Niiqata prefekturasının Kaşivazaki şəhərində 40 sm hündürlüyündə dalğalar qeydə alınıb.

 

Sahil ərazilərində və ya çayların yaxınlığında yaşayan insanlardan dərhal təxliyyə tələb olunub. Yeraltı təkanlar səbəbindən üç Şinkansen yüksəksürətli qatar xəttində xidmət dayandırılıb.

 

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var
Türkiyədə “TikTok” qadağan olunur?