Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100075
az

Belçika:  Aİ Macarıstanı səsvermə hüququndan məhrum etmək niyyətində deyil

15:3530 Dekabr, 2023
98
  • A

Avropa İttifaqı Macarıstanı qanunun aliliyinin pozulması iddialarına görə səsvermə hüququndan məhrum etmək niyyətində deyil.

 

Oxu24.com  xəbər  verir  ki, bunu “Soir” qəzetinə müsahibəsində Belçikanın baş naziri Aleksandr de Kru deyib.

 

Dekabrın ortalarında “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, Brüssel Budapeştin Ukraynaya yeni hərbi yardımın ayrılmasına veto qoymasına cavab olaraq Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etmək variantını nəzərdən keçirir.

 

De Kroonun sözlərinə görə, Avropa Komissiyası tərəfindən bəzi tədbirlər görülüb.

 

“Macarıstan mahiyyət etibarı ilə müəyyən irəliləyiş əldə edib. Davam etməliyikmi? Bəli, bu göz qabağındadır”, - Belçikanın baş naziri deyib.

 

Dekabrda Brüsseldə keçirilən sammitdə Macarıstan Avropa İttifaqının 2024-2027-ci illər üçün çoxillik büdcəsinin genişləndirilməsinə, o cümlədən Ukraynaya 50 milyard avroluq makromaliyyə yardımına veto qoyub. Eyni zamanda, baş nazir Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair danışıqlara başlanmasının əleyhinə səs vermədi.

 

Bundan əvvəl Aİ Ukraynanın qəbul tarixini açıqlamışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı
İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”
Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil