Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9912
az

Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

00:2414 Fevral, 2019
626
CƏMİYYƏT
  • A
 
Qayda pozmağa meyilli olan sürücülər buna da əl atdılar.

Son günlər əcnəbi ölkələrə məxsus avtomobillər Bakıda qaydaları tez-tez pozur. Belə hallara ən çox Gürcüstana məxsus dövlət nömrə nişanlı avtomobillərin sürücülərində rast gəlinir. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, belə sürücülərin qayda pozuntuları kameralara və ya radara düşür. Amma onlar heç bir cərimə ödəmədən bundan çıxış yolu tapırlar. Ekspert bu sürücülərin çoxunun elə Azərbaycan vətəndaşları olduqlarını deyir.

Cərimə məbləği artanda həmin sürücülər təkrar Gürcüstana qayıdıb müəyyən məbləğ ödəməklə avtomobilin nömrəsini dəyişərək yenidən Azərbaycana gəlirlər. Elməddin Muradlı deyir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə faktların qarşısını almaq məqsədilə xarici ölkələrə məxsus dövlət nömrə nişanlı avtomobilləri görərkən saxlayıb onların cəriməsinin olub-olmadığını yoxlayırlar. Əgər cəriməsi yoxdursa, nəqliyyat vasitəsinin ban və şassi nömrələrini mərkəzi məlumat sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxarmaq mümkündür. Hətta son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Yol patrul xidmətinin əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilirlər.



Ekspert təklif edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi sistemi Dövlət Gömrük Komitəsinin keçid məntəqələrinə inteqrasiya edilsin. Belə olduqda heç bir xarici ölkəyə məxsus avtomobilin sürücüsü cərimə ödənişindən yayına bilməyəcək.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi