Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98502
az

Vəkillər Kollegiyası beynəlxalq hesabatın hazırlanması təklifi dəstəkləyib

19:3624 Noyabr, 2023
401
CƏMİYYƏT
  • A

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin bölmə iclasları davam edir.

Konqresdə “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festival/Konqresin Hüquq bölməsində Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru (h.e.d) Əmir Əliyev, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d Turqay Hüseynov, h.e.d, vəkil Mayis Əliyev, h.e.d, vəkil Sübhan Əliyev iştirak edib.

İclasda Əmir Əliyev "Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri" mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifi irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutur.

Xatırladaq ki, Əmir Əliyev, Turqay Hüseynov, Mayis Əliyev və Sübhan Əliyev “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ustad dərsləri çərçivəsində hüquqşünaslıq ixtisasının tələbələri üçün mühazirələr deyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...