Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98451
az

Kəmalə Ağazadə: “74 nəfər kimsəsiz qızla evlənmək üçün sığınacağa müraciət edib” - FOTO

21:0923 Noyabr, 2023
185
CƏMİYYƏT
  • A

"55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib".

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O, qeyd edib ki, 2023-cü ilin 10 ayı ərzində Uşaq Birliyi qaynar xəttinə daxil olan zənglərdən 74 vacib hesab olunan müraciətin təhlilini aparıb:

"74 nəfər müraciət edərək evlilik məqsədi ilə uşaq sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib. 55 nəfər qadın oğlunu evləndirmək üçün, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. Beş nəfər kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini deyib. Onlardan üç nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır.

31 nəfər bildirib ki, epilepsiyası, "uşaq" kimidir, yəni əqli geriliyi var. 37 nəfər fiziki qüsurlu - DSP, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli və ya digər xəsarətlidir. Yalnız bir nəfər kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib", - deyə Kəmalə Ağazadə qeyd edib.

Kəmalə Ağazadə onu da əlavə edib ki, ən əsası odur ki, kimsəsiz qızlara elçi düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını əsas gətirib.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Cəfərova vəzifə verildi
Evdə havanın keyfiyyətini necə yaxşılaşdırmaq olar?
Azərbaycanda daha bir tələbə öldü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı