Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98306
az

“Fransa özünü insan haqlarının “vətən”i hesab edir”

17:2221 Noyabr, 2023
123
CƏMİYYƏT
  • A

"Fransa özünü insan haqlarının "vətən"i hesab edir və humanist mesajlar verməyə çalışır. Lakin insan hüquqları, qadın haqları onları qətiyyən maraqlandırmır"

OXU24.COM  xəbər verir ki, bunu Sankt Peterburq Universitetinin tədqiqatçısı Alekset Yreviç noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Fransa tematik çağırışlar edir, xüsusən də Afrika ilə bağlı:

"Amma sual edilməlidir ki, bu çağırışlar reallığı əks etdirirmi? Yelisey Sarayı Afrika ölkələrinin zənginliklərinin əllərindən alınması siyasətini yerinə yetirirdi. Lakin hələ də buna görə üzr istənilməyib. Sadəcə şirkətlərin maraqları önə çəkilib. Afrika ölkələrinə qarşı aparılan bu siyasət nəticəsində sosial problemlər hələ də qalmaqdadır. Bu da qadınların vəziyyətini daha da çətinləşdirir. Fransa iddia edir ki, ölkəsində gender bərabərliyi təmin edilir, lakin Fransa cəmiyyətinin özündə hər kəs bu düşüncədə deyil. Ölkənin 88 faizi düşünür ki, gender bərabərliyinə riayət edilmir. Çünki qəbul edilən qanunlar yetərli deyil. İş adamları, məmurlar tərəfindən qadınlara qarşı nifrət aşılanır. Fransanın neokolonist siyasətindən çox danışmaq olar. Onların bəyanatlarına inanmamaq lazımdır. Bu, onların çirkli niyyətlərini örtmək məqsədi daşıyır. Fransa başqasına dərs verməkdənsə, özü dərs almalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü