Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98280
az

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayıb

10:5521 Noyabr, 2023
284
CƏMİYYƏT
  • A

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib.

Qurum öz stendi ilə təmsil olunaraq məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.

Səfər çərçivəsində qurumun nümayəndələri tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə iştirakçı şirkətlərlə görüşlər keçirib.

Nəticə etibarilə “AzInTelecom” MMC və Afrikanın nüfuzlu şirkətlərindən olan “Prime Invest Group” arasında memorandum imzalanıb.

Memorandumun məqsədi təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.

İmzalanan memorandum hər iki şirkət tərəfindən gələcək əməkdaşlığın inkişafının ilk addımı kimi dəyərləndirilib.

Qeyd edək ki, “Prime Invest Group” qlobal sektorda maliyyə xidmətləri göstərir. Şirkətin fəaliyyət istiqamətinə investisiya planlaması, vergi və əmlak planlaması, strateji aktivlərin idarə edilməsi və s. xidmətlər daxildir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi