Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98085
az

Azərbaycanda ayını xərəkdə həkimə çatdırdılar - VİDEO

16:0817 Noyabr, 2023
125
  • A

Bəzi sosial şəbəkələrdə Azərbaycanda ayıların veterinar klinikasına aparılması ilə bağlı görüntülər yayılıb. 

Videoda Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının ayını xərəkdə daşıdığı görünür. 

OXU24.COM  bildirir ki, hadisə ilə əlaqədar baku.ws-in əməkdaşı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb. 

Qurumun mətbuat katibi İradə İbrahimova bildirdi ki, sözügedən videonun bir neçə gün əvvəl, Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların peyvəndlənməsi zamanı çəkilib. 

Belə ki, GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində mütəxəssislər Altıağac Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılan qonur ayıların müayinə, müalicə və peyvəndlənməsi həyata keçirib.

Həmçinin "Four Paws" təşkilatının nümayəndələri Altıağac Milli Parkında yerləşən vəhşi təbiətin reabilitasiya mərkəzində 7-9 noyabr tarixlərində Azərbaycan Aqrar Universitetindən tələbə və müəllimləri, o cümlədən Bakı Zooparkının həkimləri üçün təlim keçib.

Baytarlıq təbabəti fakültəsi tələbələri və müəllimləri vəhşi heyvanlar üzərində aparılacaq müayinə, diaqnostika, müalicə və əməliyyatları görmək və bu təcrübədən yararlanmaq üçün fürsət əldə ediblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü