Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97697
az

"Müəllimim məni 11-ci sinfə kimi..." - Xuraman Şuşalıdan ETİRAF

22:3610 Noyabr, 2023
132
CƏMİYYƏT
  • A
"Bəzən aşağılandığımız günləri boynumuza almaq istəmirik. Hətta məktəbdə müəllimim məni aşağılamışdı. "Qaçqın da qışda məktəbə "basanojka" ilə gələr?" demişdi. Həmin vaxt beşinci sinifdə oxuyurdum. Bu sözü deyən bir müəllimdir. Qəlbimi ağır dərəcədə qırıb".
 
OXU24.COM  bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Sənətçi müəllimin onun məktəbdən qovulmasını istədiyini bildirib:
"Məni düz 11-ci sinfə kimi bütün şagirdlərin içində aşağılamışdı, əl çəkmirdi. İstəyirdi ki, məktəbdən çıxım və ya qovulum. İncəsənət gimnaziyasında təhsil alırdım. Çox istedadlı bir uşaq idim. İfa etdiyim 4 əsər "Qızıl fond"a salınıb. Ulu öndərimizin qarşısında oxuyurdum. Həmişə nəsə axtarırdı. Allah onu bağışlasın. Travmalarımı basdırdığıma görə həmin müəllimi bağışlamışam. Bilirəm ki, onun həyatında ağır günlər olub. O qadın məni anlamalı idi. Əgər bir uşaq bu ayaqqabıda dərsə gedirsə və valideyinlərindən ayrı məktəbin yataqxanasında qalırsa, gör nə vəziyyətdədir ki, onu geyinib".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...