Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96968
az

Şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana bağlandı - VİDEO + FOTOLAR

14:5925 Oktyabr, 2023
74
CƏMİYYƏT
  • A

Bakının Binə qəsəbəsində 21 məktəblinin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb.

 

OXU24.COM  xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşları müşahidə edib ki, Əli İsazadə küçəsində yerləşən obyekt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən möhürlənib.

 

Ərazidə çəkiliş apararkən dönərxanada antisanitariya vəziyyətinin hökm sürdüyü məlum olub.

 

Sakinlərin sözlərinə görə, ötən gün burada satılan dönərin qiyməti 1 manata endirilib və məktəblilər kütləvi şəkildə oradan dönər alıblar. Xüsusilə yaxınlıqdakı 149 saylı orta məktəbin şagirdləri arasında zəhərlənmə halları çox olub.

 

Binə qəsəbəsinin sakinləri bildiriblər ki, qəsəbə ərazisində 1 manata, hətta 50-60 qəpiyə dönər satan yerlər var. Onlar ucuz dönər satışının daha çox “Savxoz” adlanan ərazidə olduğunu, dönərin tərkibindəki məhsullardan, xüsusilə ətin keyfiyyətindən narahatlıqlarını ifadə ediblər.

 

Hazırda 20 məktəblinin xəstəxanada müalicəsi davam etdirilir.

 

149 saylı orta məktəbdən saytımıza bildirilib ki, şagirdlər əsasən dərsdən sonra dönər alıblar.

 

Qeyd edək ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.

 

Bildirilib ki, dünən Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.

 

 




 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ölkəyə 87 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO