Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96805
az

Öz gözündəki tiri görməyən Fransa Azərbaycanın gözündə tük axtarır

14:3321 Oktyabr, 2023
123
CƏMİYYƏT
  • A

Ötən gün Bakıda Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq konfrans keçirilib. Konfransda 14 ölkə, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.

Müasir dövrdə ədalətdən və demokratiyadan danışan, özünü haqqı tapdananların müdafiəçisi kimi təqdim edən Fransanın illər boyu əsarət altında saxladığı millətlərə verdiyi zülmlər saysız-hesabsızdır.

Bakıda keçirilən konfrans da Fransanın qanlı və qaranlıq keçmişinə geniş anlamda işıq salmış oldu. Fransa bu cinayətlərini gizlətməyə çalışsa da, bütün faktlar ortadadır.

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol bildirir ki, milyonlarla insan Afrikadan Karib bölgəsinə qovulub.

"Bu gün Amerika qitəsində ən talesiz qrupların Afrika qitəsindən gəldiyini görürük. Ədalətsizliyin olduğunu qəbul edən təşkilatlar tədbir görməyə çağırır, lakin Fransa bu mövzunu müzakirə etmək istəmir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Fransa müstəmləkəçi ölkədir.

"Fransa təkcə müstəmləkəçiliklə məşğul olmur, həm də neokolonial hökmranlıq formasında Afrikada yoxsulluğu dəstəkləyir. Misal üçün, Fransa Niger, Mali, Burkina-Faso və Qvineyanın xammalını istismar edir və burada hərbi və iqtisadi baxımdan dominantlıq edir. BMT kolonializmə qəti şəkildə son qoymağa çalışdığını desə desə də, bu kolonializm özünü "insan haqları ölkəsi" adlandıran dövlət tərəfindən dəstəklənir",- deyə Kerol vurğulayıb.

Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep Bakıda keçirilən konfrans zamanı qeyd edib ki, Qvadelupa əhalisi 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşayır.
Ətraflı
Ad - 00:04

"Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir.

Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir.

Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Karib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olmalıdır", - deyə o bildirib.

XXX

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin kommunikasiyalar üzrə katibi Qaston Samut isə qeyd edir ki, Azərbaycan sıxışdırılan ölkələrə müstəmləkəçiliyə qarşı çıxış etmək imkanı verir.

"Azərbaycan tərəfindən bu konfransa dəvət olunmaqdan çox məmnunuq. Bu, bizim üçün müstəmləkəçiliyə qarşı çıxış etmək şansıdır. Vətənimizdə Fransa dövlətinin yeritdiyi siyasət səbəbindən bundan məhrumuq. Bu konfrans beynəlxalq mətbuata çıxış imkanı əldə etməyimizə və mübarizəmizdən danışmağımıza şans verir. Bundan başqa, Sakit Okean, Qayana, Qərbi Hind və Martinika adasında müstəmləkə xalqlarının suverenlik səyləri istiqamətində bütün mübarizə formaları ilə həmrəy olduğumuzu təsdiqləmək üçün buradayıq.

Birləşmiş Millətlər Təşkilatı 2020-2030-cu illəri dekolonizasiyanın son onilliyi adlandırıb və bunun reallıq olacağına ümid edirik. İnanırıq ki, müstəmləkə imperiyaları və müstəmləkəçi ölkələr müstəmləkəçiliyə son qoymağa razı olacaqlar. Xalqlarımızın və digər millətlərin müstəmləkə sistemindən çıxmağın zəruriliyini anlamasına çalışırıq, çünki bu sülhün və xalqların rifahının açarıdır", - deyə o əlavə edib.

Göründüyü kimi, sadalanan faktlar Fransa mstəmləkəçiliyindən əziyyət çəkən xalqların nələr yaşadığını göstərir. Öz əsarətində saxladığı xalqlara qarşı bu qədər qəddar mövqe sərgiləyən Fransa hakimiyyətinin Qarabağ məsələsində Azərbaycana təzyiq göstərmək cəhdləri, Qarabağda vaxtilə məskunlaşmış separatçıları dəstəkləməsi, hətta Azərbaycanın suveren ərazisində beynəlxalq hüquqa uyğun tədbirlər keçirməsini qınaması da ikrah doğurur. Əlbəttə, Fransanın regionda məqsədlərinin, maraqlarının olduğu hamıya məlumdur. Separatçılara verdiyi dəstəyin də kökündə həmin maraqlar dayanırdı. Fransa artıq ölkə olaraq ədalətli və demokrat imicini çoxdan itirib. Uzun illər boyu əsarətində saxladığı xalqlara qarşı edilən qətliamlar, süründüməçilik, istismar bunun başlıca isbatıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı