Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96396
az

Miras davaları - Varislik məsələsi necə həll olunmalıdır?

13:3212 Oktyabr, 2023
123
CƏMİYYƏT
  • A

Vərəsəlik bütün zamanlarda ciddi mübahisə və müzakirə mövzusu olub. Bu mövzunun müzakirəsi bu gün də davam edir. Tez-tez baş verən əmlak mühbahisələri hazırda məhkəmələrdə ən çox baxılan işlərdən biridir.

Vərəsəlik hüququ necə tənzimlənir?

Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev qeyd edib ki, vərəsəlik iki cür müəyyən edilir:

"Bunun biri vəsiyyətnamə ilə müəyyən edilir. Yəni dünyasına dəyişmiş şəxsin varidatı yazdığı vəsiyyətnamə üzrə bölünür. Məhkəmə yolu ilə varərəsəliyin müəyyən edilməsi təcrübəsi də var. Burda da müxtəlif vərəsəlik növ var. Birinci növ vərəsəliyə həyat yoldaşı, valideynlər və uşaqlar daxildir. İkinci növ vərəsələr qardaş-bacı və nənə-babadır. Varidat məhkəmə yolu qalan varislər arasında bərabər bölünür. 

Amma müəyyən istisnalar var. Məsələn, kimsə mərhumun hər zaman yanında olubsa, onun qayğısını çəkibsə və ən başlıcası mərhumun var-dövlətinin böyüməsinə, inkişaf etməsinə dəstək veribsə, təbii ki, bu halda həmin varisə payın daha böyük qismi düşür". 

Əsabəli Mustafayev vacib bir məqama da toxunub:

"Əgər miras ərlə arvadın nigahı dövründə qazanılıbsa, onda həmin mirasın 50 faizi sağ qalan ərə və yaxud arvada qalır. Yox, əgər miras nigahdan əvvəl qazanılıbsa, onda mirasın 25 faizi sağ qalan ərə və yaxud arvada çatır, 75 faizi isə digər varislər arasında bərabər səviyyədə bölünür.

Vəsiyyətnamə ilə bölünən varidata digər varis də iddiaçı ola bilər. Məsələn, atanın 4 övladı var. Amma o varidatını 3 övladına vəsiyyət edib. Bu vəziyyətdə kənarda qalan övlad məhkəməyə müraciət edə bilər. Məhkəmənin qərarı ilə digər qanuni varisin birinə düşmüş vərəsə payının 50 faizinə sahib çıxa bilər".
 

İslamda vərəsəlik 

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, İslamda miras bölgüsü fiqhə aiddir və İslam hüququ ilə tənzimlənir:

"Şübhəsiz ki, Quranda da bu haqda ayələr var, habelə Peyğəmbərin hədisləri var. Müxtəlif fiqh alimləri və müctəhidlərin fətvaları da mövcuddur. İnsan öldükdən sonra cənazəsinin hazırlanması və dəfn xərcləri qoyub getdiyi mirasdan ödənilir. Sonra əgər borcu varsa, həmin məbləğ ödənilir. Daha sonra isə mərhumun vəsiyyətinə uyğun bölgü aparılır.

Bundan sonra nə qalırsa, həmin mal varislər arasında bölünür. Quranda, Nisa surəsi 11-ci ayədə miras haqda deyilir:

"Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay) düşür. Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. 

(Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir. 
(İslam vərəsəlik hüququnda paylar insanların öhdəlikləri nisbətində ədalətli şəkildə bölüşdürülüb. Buna görə də daha çox öhdəliyi olanlara daha çox pay verilir. İslam ailə hüququna görə, evlilikdə mehri verən və toy xərcini çəkməli olan kişidir. Evləndikdən sonra da ailəyə və uşaqlara baxmaq kişinin üzərinə düşür.)

Yəni, oğula iki, qıza bir pay düşür. 

Vəfat etmiş həyat yoldaşının mirası haqqında Allah təala Nisa surəsinin 12-ci ayəsində buyurur:
 

"Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox, əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir.

Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. 

Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA