Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96255
az

Dünyada zəlzələlər niyə artıb?

20:0009 Oktyabr, 2023
113
CƏMİYYƏT
  • A

Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu, insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusilə də ilin əvvəlində, fevralın 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Elə bu günlərdə Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanları narahat edir. Onlarda qorxu, narahatlıq yaradır. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən “proqnozlar”ın yayılması insanları narahat edir.

Bəs əslində real vəziyyət necədir? Doğrudanmı dünyada seysmik aktivlik artıb?

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, zəlzələlər piltələrin Yerdaxili tektonik hərəkətləri nəticəsində baş verdiyinə görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artması nəticəsində olub.

Mütəxəssislərin geldiyi qənaət bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan plitəsində hərəkətlilik artdığına görə bu həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, yerdaxili proseslər həmişə getdiyinə görə bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır və bu titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır. Bu tip zəlzələlər demək olar ki, hər gün qeydə alınır. Elə AMEA nəzdində RSXM-nin Zəlzələlərinin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında da var. Hansılar ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsilə emal olunur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: