Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96116
az

30 yaşından sonra orqanizmdə bunlar zəifləyir

11:0307 Oktyabr, 2023
179
CƏMİYYƏT
  • A

30 yaşdan sonra orqanizm qocalmağa başlayır, gənclik bitir. Daha çox endokrin və ürək-damar problemləri başlayır.

OXU24.COM  bildirir ki, terapevt Olqa Poltoraçskaya ilk olaraq, 4 sistemin sıradan çıxdığını bildirib.

"Bu yaşdan etibarən ürək-damar sistemi ilə problemlər başlayır: xolesterin yığıntıları artır, ateroskleroz və təzyiq problemi başlayır.
Qulaqlarda küy, baş ağrısı, başgicəllənmə, təzyiq - yüksək xolesterin səbəbindən ola bilər.
30 yaşdan hər il bir dəfə xolesterin analizi verməyi tövsiyə edirik.
Əgər nəticə yüksəkdirsə, artıq kardioloq qeydiyyatına düşüb, ürək-damar sistemini nəzarətə almaq lazımdır.

Eləcə də 30 yaş sonrası endokrin sistem - bütün vəzilər, qalxanvari, böyrəküstü, mədəaltı kişilərdə prostat vəzi, hipofiz və s. patoloji dəyişikliklərə uğraya bilir. Zob, diabet riski artır. 30 yaşdan sonra qanda şəkəri də nəzarətdə saxlamaq lazımdır. Eləcə də qalxanvari vəz USM və hormon analizəri mütləqdir.

3-cü sistem mədə-bağırsaq sistemidir, xəstəliklər xronikləşir. Əsas yük isə qaraciyərin üzərinə düşür.
Qaraciyərin birinci dərəcəli piylənməsi artıq siqnaldır.

4-cü sistem dayaq - hərəkət aparatıdır. Onurğadan tutmuş dizlərə kimi. Sümüklərin sıxlığı azalır, D vitamini düşür, kalsium azalır.
Qadınlarda bu menopauzaya doğru daha da artır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün ard-arda maqnit qasırğası olacaq - RƏSMİ
Dördüncü kurs tələbəsi vəfat etdi
Yağış, dolu, sulu qar... - Faktiki hava AÇIQLANDI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...