Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95991
az

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? - Rəsmi cavab

17:5604 Oktyabr, 2023
149
CƏMİYYƏT
  • A

Sentyabrın 19-dan etibarən Azərbaycanda "Tiktok"a giriş məhdudlaşdırılıb.

OXU24.COM bildirir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə "Tiktok" istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etdik.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə açıqlamasında bildirib ki, "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

"Hazırda "Tiktok"a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycanda "Tiktok"a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb. 

"Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə "TikTok" platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır"- deyə Pərdəşünas  məlumatda qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər cərimələnəcək
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı