Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğana itki üz verdi - İnfarktdan vəfat etdi - FOTO

Ərdoğana itki üz verdi - İnfarktdan vəfat etdi - FOTO

CƏMİYYƏT

394

23.09.2023, 12:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu 64 yaşında vəfat edib.

OXU24.COM xəbər verir ki, keçən həftə infarkt keçirən Mutlu Marmara Universiteti Elmi-Tədqiqat Xəstəxanasında müalicə olunub. Dünən evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib. Təcili Ümraniye Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda Mutlunun dəfn mərasiminə qatılacağı gözlənilir.

Xatırladaq ki, Mehmet Mutlu Ənənəvi Uşaq Oyunları Federasiyasının prezidenti olub. O, türk dünyası və zəlzələ bölgəsində uşaqlar üçün həyata keçirdiyi fəaliyyətlərlə tanınırdı.

 

Məqaləyə dair fotomateriallar: