Qaynar xətt:

(+99450) 247 90 86

Ölü balina insanların gözü qarşısında partladı - FOTO

Ölü balina insanların gözü qarşısında partladı - FOTO

CƏMİYYƏT

308

23.09.2023, 11:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balıqçılar ABŞ-nin Kaliforniya sahillərində olduqca qorxulu mənzərə ilə üzləşiblər - orada ölü qozbel balina cəsədi partlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə video paylaşıblar.

Ölü məməlinin cəsədi onun yanından keçən qayıqda olan balıqçıların kameralarına düşüb. İnsanlar nəhəng cəsədi lentə alarkən inanılmaz hadisə baş verib - balinanın cəsədi partlayıb, ətrafındakı su qırmızıya boyanıb və heyvanın içalatı suya dağılıb.

İxtioloqların dediyinə görə, partlayış ölü balinanın cəsədini içəridən parçalamağa başlayan bakteriyaların həyati fəaliyyətinin məhsulu olan və cəsədin içərisində toplanan qazlar nəticəsində baş verib.

Bu hadisə, göründüyü kimi, keçmişdə balina ovçularına yaxşı məlum olub. Onlar bilirdilər ki, yığılmış qazların sərbəst şəkildə çıxması üçün balinanın sərt dərisini bir neçə yerdən deşməklə belə bir "partlayış"ın qarşısını almaq olar.

Sosial şəbəkələrdə yayılan balina cəsədinin videosundan görünür ki, qazlar çıxandan sonra heyvanın cəsədi yavaş-yavaş suyun altında batmağa başlayır

Məqaləyə dair fotomateriallar: