Qazi aşpaz vəfat etdi - Foto
28 Sentyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
340
21.09.2023, 12:07
Xəbər verdiyimiz kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanı təmsil edən şəxs Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovdur. Görüş Azərbaycan bayrağı altında keçirilir. Bu da artıq Qarabağda separatizmin bitdiyini göstərir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
11:31 / 28 Sentyabr 2026
1
11:27 / 28 Sentyabr 2026
17
11:23 / 28 Sentyabr 2026
29
11:20 / 28 Sentyabr 2026
80
11:15 / 28 Sentyabr 2026
41
11:13 / 28 Sentyabr 2026
38
11:00 / 28 Sentyabr 2026
45
11:00 / 28 Sentyabr 2026
43
10:57 / 28 Sentyabr 2026
48
10:55 / 28 Sentyabr 2026
41
10:37 / 28 Sentyabr 2026
47
10:34 / 28 Sentyabr 2026
277
10:32 / 28 Sentyabr 2026
69
10:28 / 28 Sentyabr 2026
45
10:19 / 28 Sentyabr 2026
50
10:14 / 28 Sentyabr 2026
53
10:12 / 28 Sentyabr 2026
56
09:59 / 28 Sentyabr 2026
272
09:55 / 28 Sentyabr 2026
60
09:50 / 28 Sentyabr 2026
719
09:40 / 28 Sentyabr 2026
67
09:27 / 28 Sentyabr 2026
264
09:24 / 28 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.