Qazi aşpaz vəfat etdi - Foto
28 Sentyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
20.09.2023, 18:04
İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib.
OXU24.COM bildirir ki, həkim bildirib ki, cəmi 10 suala cavab verməklə uşaqlıqda psixoloji travma alıb-almadığınızı ayırd edə bilərsiniz.
Pediatrın sözügedən videosu insanlar tərəfindən böyük maraqla qarşılanıb və 7 milyondan çox izlənilib.
Həmin 10 sualı təqdim edirik:
1.Valideynləriniz və ya ailənizdəki böyüklər sizi tez-tez təhqir edib, alçaldıb və ya fiziki zərərdən qorxdublarmı?
2.Ailə üzvlərinizin sizi sevmədiyi haqqında düşünmüsünüzmü? Və yaxud ailəniz üçün önəmli olmadığınızı, heç kimin sizinlə maraqlanmadığını fikirləşmisinizmi?
3.Nə vaxtsa kifayət qədər yemək yeyə bilmədiyinizi, təmiz paltar geyə bilməyəcəyinizi və ya sizi qoruyacaq heç kimin olmadığını hiss etmisinizmi?
4.Ailənizdə depressiyaya düşmüş və ya psixi xəstəliyi olan biri olub mu?
5.Ailə üzvlərinizdən kim isə intihara cəhd edibmi?
6.Heç alkoqol problemi olan biri ilə yaşamısınızmı?
7.Ailənizdə kimsə sizə fiziki şiddət göstəribmi?
8.Sizə qarşı zorakılıq olubmu?
9.Valideynlərinizdən hansısa döyülüb və psixoloji şiddətə məruz qalıb, təhqir edilibmi?
10.Ailədə kimsə həbsdə olubmu?
Bu sualların əksəriyyətinə müsbət cavab verirsinizsə, deməli sizin uşaqlıq travmalarınız var.
11:31 / 28 Sentyabr 2026
1
11:27 / 28 Sentyabr 2026
17
11:23 / 28 Sentyabr 2026
29
11:20 / 28 Sentyabr 2026
80
11:15 / 28 Sentyabr 2026
41
11:13 / 28 Sentyabr 2026
38
11:00 / 28 Sentyabr 2026
45
11:00 / 28 Sentyabr 2026
43
10:57 / 28 Sentyabr 2026
48
10:55 / 28 Sentyabr 2026
41
10:37 / 28 Sentyabr 2026
47
10:34 / 28 Sentyabr 2026
277
10:32 / 28 Sentyabr 2026
69
10:28 / 28 Sentyabr 2026
45
10:19 / 28 Sentyabr 2026
50
10:14 / 28 Sentyabr 2026
53
10:12 / 28 Sentyabr 2026
56
09:59 / 28 Sentyabr 2026
272
09:55 / 28 Sentyabr 2026
60
09:50 / 28 Sentyabr 2026
719
09:40 / 28 Sentyabr 2026
67
09:27 / 28 Sentyabr 2026
264
09:24 / 28 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.