Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

CƏMİYYƏT

659

20.09.2023, 13:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.