Milli Hidrometeorologiya Xidməti bu tarixdə Azərbaycana qar yağacağını AÇIQLADI
28 Sentyabr 2026, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
758
16.09.2023, 21:48
Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikirinə görə, bu çox pis vərdişdir.
Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün çox faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium və s. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu "diri" sudur. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir.
Qaynanmış suyu isə bir çox mütəxəssislər "ölü su" adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də "ölür". Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur, oksigenin miqdarı isə xeyli azalır.
Bu səbəbdən çiy suyun qəbulu insan sağlamlığı üçün daha faydalıdır. Lakin "çiy su" deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, xüsusi təmizlənmiş və dükanlarda butulkalarda satılan suyu və ya bulaq suyunu nəzərdə tuturlar. Bulaq suyu xüsusilə faydalı sayılır.
Ətraflı
Ad - 00:27
Dükanlarda butulkalarda satılan su tanınmış etibarlı istehsalçılar tərəfindən istehsal olunmalıdır. Bu halda bu suyun faydasından və təhlükəsizliyindən əmin olmaq olar. Lakin bu halda da suyu əlavə yoxlamadan keçirmək olar. İstehsalçını yoxlamaq üçün suyu xüsusi laboratoriyaya analiz üçün verə bilərsiniz. Su bütün lazım olan tələblərə cavab verərsə, bu istehsalçının suyunu əminliklə alıb içə bilərsiniz.
Lakin sizdə təmizlənmiş suyu və ya bulaq suyunu qəbul etmək imkanı yoxdursa, ən azından krandan gələn suyu düzgün qaynadın ki, onun tərkibi daha az dəyişilsin. Bunun üçün suyu təmiz qaba doldurun və 2 saat ərzində evdə saxlayın ki, su durulsun. Daha sonra suyu qaynadın.
Lakin suyun uzun müddət ərzində qaynamasına imkan verməyin, qaynama başlayan kimi çaydanı oddan götürün. Bu halda su həm dezinfeksiya olunacaq, həm də tərkibində olan mineralalların əksər hissəsi saxlanılacaq. Bu suyu uzun müddət ərzində saxlamayın və həmişə yalnız təzə su için.
13:09 / 28 Sentyabr 2026
1
12:58 / 28 Sentyabr 2026
30
12:55 / 28 Sentyabr 2026
34
12:37 / 28 Sentyabr 2026
50
12:32 / 28 Sentyabr 2026
44
12:22 / 28 Sentyabr 2026
44
12:18 / 28 Sentyabr 2026
48
12:13 / 28 Sentyabr 2026
707
12:00 / 28 Sentyabr 2026
43
11:54 / 28 Sentyabr 2026
67
11:40 / 28 Sentyabr 2026
56
11:31 / 28 Sentyabr 2026
139
11:27 / 28 Sentyabr 2026
152
11:23 / 28 Sentyabr 2026
57
11:20 / 28 Sentyabr 2026
171
11:15 / 28 Sentyabr 2026
55
11:13 / 28 Sentyabr 2026
53
11:00 / 28 Sentyabr 2026
61
11:00 / 28 Sentyabr 2026
58
10:57 / 28 Sentyabr 2026
64
10:55 / 28 Sentyabr 2026
49
10:37 / 28 Sentyabr 2026
65
10:34 / 28 Sentyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.